• cümə, 29 Mart, 17:08
  • Baku Bakı 14°C

Yenə də Mourinyo ilə işləmək istəyir

03.10.18 12:15 508
Yenə də Mourinyo ilə  işləmək istəyir
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo yenidən Joze Mourinyo ilə birgə işləməyin əleyhinə deyil.
Kaspi.az xəbər verir ki, Ronaldo həmyerlisi barədə xeyli xoş sözlər deyib. O, Mourinyonun hər xırda detala diqqət ayırdığını da vurğulayıb:
"Mourinyo ilə birgə işləmək? Niyə də yox? O, istedadlı mütəxəssisdir və mən bunu bir daha deməyə hazıram.
Mənim çox yaxşı məşqçilərim olub. Ancaq Mourinyo xüsusi analitik düşüncəsi ilə fərqlənirdi. O, ən xırda detallara da, kiçik məsələlərə də xüsusi diqqətlə yanaşırdı”.
Ronaldo Mourinyonun rəhbərliyi altında "Real”da 2010-2013-cü illərdə çıxış edib.
banner

Oxşar Xəbərlər