• cümə, 29 Mart, 16:57
  • Baku Bakı 14°C

Yenə də eyni vədi verdi

25.04.18 11:30 714
Yenə də eyni vədi verdi
"Roma”nın baş məşqçisi Eusebio di Françesko Çempionlar Liqasının yarımfinalında "Liverpul”la keçirilən ilk qarşılaşmadan (2:5) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Françesko təkbətək mübarizələrdə məğlub olduqları üçün bu hesabla uduzduqlarını deyib. O, cavab oyununda meydanda tam fərqli bir "Roma” olacağını da deyib:
"Barselona” ilə oyundan əvvəl deyirdik ki, özümüzə tam əminik. İndi də eyni fikirləri səsləndirirəm.
Bu gün komanda özünəinamı itirdi və pərən-pərən düşdü. Neçə qol buraxmağından asılı olmayaraq, bu, olmamalı idi.
Siz cavab qarşılaşmasında tam fərqli "Roma” görəcəksiniz. Əgər futbolçular meydanda təkbətək mübarizələrdə daha çox məğlub olacaqlarsa, onda oyunda da məğlub olmalıdırlar.
Ancaq biz yarımfinala ona görə adlamışıq ki, mübarizə aparmışıq. Heyətimizdə xeyli istedadlı futbolçu olduğu üçün bu situasiyadan çıxa bilərik”.
banner

Oxşar Xəbərlər