Yenə də argentinalıya tapşırdılar - “Sevilya”nı
"Sevilya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Kaspi.az xəbər verir ki, "Sevilya”nı bundan sonra Eduardo Beriçço
çalışdıracaq. Bu barədə məlumatı klub saytı yayıb.
Argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun təqdimat
mərasimi yaxın günlərdə keçiriləcək.
Eduardo "Sevilya”da, bu yaxınlarda Argentina yığmasına təyinat alan
Xorxe Sampaolini əvəz edib. Beriçço 2016/2017 mövsümündə "Selta”ya başçılıq
edib.