• cümə, 19 Aprel, 23:03
  • Baku Bakı 24°C

Yəməndə partlayış törədilib

15.10.16 11:56 802
Yəməndə partlayış törədilib
Yəmənin Marib şəhərində yas mərasimi zalında partlayış baş verib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb.Məlumata görə, mərasimdə əldəqayırma partlayıcı qurğu işə salınıb.
Qeyd olunur ki, partlayış hərbi komandirlərindən birinin dəfn mərasimində törədilib.İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir.
banner

Oxşar Xəbərlər