Yəməndə hava hücumu: ölənlər var
Yəməndə hava hücumu nəticəsində altı nəfər həlak olub. Onlardan dördü uşaqdır.
AZƏRTACTürkiyə KIV-lərinə istinadla xəbər verir ki, hadisə zamanı bir vətəndaş da yaralanıb. Hadisə Yəmənin Barat əl-Ənan bölgəsində Rohob kəndində baş verib.
Araşdırmalar davam etdirilir.