Yəmən ordusunun düşərgəsi raket atəşinə tutulub, çox sayda ölən var
Yəmən ordusunun Mareb əyalətində yerləşən düşərgəsi raket atəşinə tutulub.
Qeyd edilir ki, Ənsar Allah hərəkatı (husilər) hələki raket atəşinə görə məsuliyyəti öz üzərinə götürməyib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, raket atəşi nəticəsində 24 hərbçi həlak olub, 20-si isə yaralanıb.
Raketin ballistik olduğu iddia edilir.Qeyd edilir ki, Ənsar Allah hərəkatı (husilər) hələki raket atəşinə görə məsuliyyəti öz üzərinə götürməyib.