AZE | RUS | ENG |

Yeməkdən əvvəl su içmək xəstəlikləri azaldır

Yeməkdən əvvəl su içmək xəstəlikləri azaldır
Səhər acqarına su içmək çox yaxşı adətdir. Elmi cəhətdən də sübut olunub ki, günü bir stəkan su ilə başlamaqla miqren, böyrək patologiyaları, damar və həzm problemləri kimi bir çox xəstəliklərin qarşısını almaq olar.

AZƏRTAC Rusiyanın sizoj saytına istinadla xəbər verir ki, səhər yeməkdən əvvəl su içmək əzələləri gücləndirir, böyrəklərin sağlamlığını qoruyur və normal fəaliyyətini təmin edir.

Yuxu zamanı insanın bədəni təbii olaraq tər və nəfəs vasitəsilə maye itirir və susuzlaşır. Ona görə səhər su balansını bərpa etmək çox vacibdir.

Arıqlamaq istəyənlər də çoxlu su içməlidirlər. Səhər ac qarına su içdikdə orqanizmdə bir növ təmizlənmə prosesi gedir. Bədən şlaklardan təmizlənir, maddələr mübadiləsini güclənir ki, bu da arıqlamağın əsas yoludur.

Həyat mənbəyi olan su həzm prosesini asanlaşdırır, qandakı toksinləri təmizləyir, dərinin cavanlaşmasına səbəb olur, ürəyi və damarları qoruyur. Qanın qatı olması ürək və damarların sağlamlığına ziyan vurur.

Səhər ac qarına su içmək eyni zamanda gün boyu gümrahlığın və xoş əhval-ruhiyyənin təminatıdır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2275
TRY 1 Türk lirəsi 0.2758
KWD 1 Küveyt dinarı 5.6154
SEK 1 İsveç kronu 0.1932
EUR 1 Avro 1.9960
CHF 1 İsveçrə frankı 1.7592
USD 1 ABŞ dolları 1.7000