• cümə, 29 Mart, 09:49
  • Baku Bakı 5°C

Yekaterinburqda "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" beynəlxalq elmi konfrans keçirilib

07.04.18 22:10 755
Yekaterinburqda "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" beynəlxalq elmi konfrans keçirilib
Rusiyanın Yekaterinburq şəhərində "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" beynəlxalq elmi konfransının birinci bölməsi keçirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, konfransı Azərbaycan Dillər Universiteti təşkil edib.

Ural Federal Universitetinin xairici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterov bildirib ki, konfransda Azərbaycandan olan nümayəndələr, Azərbaycan diasporunun, Azərbaycanın Yekaterinburqdakı baş konsulu və onun aparatı, regional hakimiyyət və Ural Federal Universitetin nümayəndələri iştirak ediblər.
Onun sözlərinə görə, tədbirdə Azərbaycanın və Ural elmi ictimaiyyətinin nümayəndələri məruzələrlə çıxış ediblər. Gələcəkdə xarici nümayəndələr Moskva, Samara və Minskdə tədbirlər keçirəcək: "Digər qruplar anoloji planda tədbirləri Portuqaliya, İtaliya və Almaniyada həyata keçirirlər. İndoneziya və Çindədə bölmələr var".

banner

Oxşar Xəbərlər