• cümə, 26 Aprel, 15:50
  • Baku Bakı 23°C

Yəhya Musayev: "Tələbat o qədərdir ki, artıq bəzi sifarişlərdən imtina edirik"

22.09.16 14:45 3056
Yəhya Musayev: "Tələbat o qədərdir ki, artıq bəzi sifarişlərdən imtina edirik"
"Ermənistanda keçirilən parad parodiya idi".APA-nın məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
O bildirib ki, Azərbaycanın heç bir ölkədən havayı silah-sursat almasına ehtiyacı yoxdur: "Biz istehsal etməklə yanaşı müasir texnologiyaları alıb həmin məhsulları istehsal etməyə çalışırıq. Ordumuzu silah-sursat, döyüş texnikası ilə təmin etməyə qadirik".

"Ermənistanda paradda nümayiş etdirilən "İsgəndər M” raket kompleksinə bərabər kompleksin Pakistandan alınması üçün danışıqlar aparılırmı?" sualına cavab olaraq nazir müavini deyib ki, AzərbaycanMüdafiə Sənayesi Nazirliyi istehsalçıdır, silah-sursat almır. "Bu sualı Müdafiə Nazirliyinə ünvanlasanız, daha yaxşı olar".
"Bizim məmulatlara tələbat o qədərdir ki, artıq bəzi sifarişlərdən imtina edirik. Buna səbəb vaxtımız və imkanımızın olmamasıdır. Əsasən, Avropa, Afrika və Asiya ölkələrindən müraciətlər olur. Daha çox döyüş sursatları, silah almaq üçün müraciət edirlər. Silahlarımız rəqabətli və keyfiyyətlidir, dünya bazarındakı qiymətlərə uyğun satılır", - deyə nazir müavini qeyd edib.
banner

Oxşar Xəbərlər