• şənbə, 20 Aprel, 09:04
  • Baku Bakı 14°C

Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir

24.09.18 13:51 378
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
Sentyabrın 25-dən 27-dək Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə "ADEX 2018” sərgisi Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.
AZƏRTACxəbər verir ki, bunu sentyabrın 24-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Nazir müavini bildirib ki, sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə, Ukraynanın şirkətlərindən ibarət 11 milli stendin iştirakı nəzərdə tutulur. Bir sıra sərgi iştirakçısı ölkələr əvvəlki illərlə müqayisədə öz milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə, Rusiya, İsrail və Belarus daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib.
Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edir.
banner

Oxşar Xəbərlər