• çərşənbə, 24 Aprel, 23:55
  • Baku Bakı 23°C

Yəhudilər faşist Ermənistanına qarşı

05.07.16 11:20 1567
Yəhudilər faşist Ermənistanına qarşı
Rusiyanın faşist cəlladları ilə yaxınlıq edənlərə qarşı sərt olduğunu bilə-bilə forpost Ermənistanın hitlerçilərə xidmət edən erməni faşist generalı Qaregin Njdeyə abidə qoyması ilə bağlı narazılıq səngimir. Qaregin Njdeyə Yerevanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsi kimi qiymətləndirilməkdədir.
Rəsmi Yerevan generallar Dro və Njdeni milli qəhrəman elan edir, adlarına küçə və prospektlər salır. Rusiyadakı erməni diasporu nümayişkəranə şəkildə Njdenin Vladimir şəhərindəki qəbrini ziyarət edir. Bu azmış kimi, Ermənistanda nasist cinayətkarların xatirəsinə sikkələr buraxılır, filmlər çəkilir. Njdenin şərəfinə Yerevanda metro stansiyası və meydan inşa edilir. Digər bir faşist cəlladı Drastamant Kananyanın da adına küçə salınır.
Ümumiyyətlə, bu şəxslərin "milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Njde Qaregin 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdiyi qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə, ruslara və digər millətlərə qarşı davam etdirib. Özü də ən dəhşətlisi odur ki, Njde Hitlerin "Mayn kampf” əsərinə bənzər kitabların müəllifi olub və bu kitablarda Ermənistan elitasının "Böyük Ermənistan” yaratmaq üçün perspektivdə hansı yollarla müsəlmanları, türkləri məhv edib kütləvi təmizləmə həyata keçirməsini ideoloji cəhətdən əsaslandırıb. Və onun irqçi ideologiyası Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir...
Yeri gəlmişkən, "İsrail bizim evimizdir” Ümümdünya Hərəkatının baş direktoru, Ümümdünya Yəhudi Agentliyi – Soxnutun Qəyyumlar Şurasının üzvü Aleks Selski də Yerevanda faşist əlaltısı Qaregin Ter-Arutunyan (Njdeyə) abidə qoyulmasını kəskin şəkildə pisləyən bəyanat verib. "Öz xalqı üçün soyqırımını tanıtmağa səy göstərən erməni xalqının milyonlarla yəhudinin soyqırımını həyata keçirmiş nasist Almaniyasının bayrağı altında döyüşən bir şəxsə heykəl qoymasını görmək çox kədərli və mənfi haldır”, - deyə A.Selski İsrailin "Strana” portalına bildirib. Onun sözlərinə görə, heç bir milli ideya nasist Almaniyası ilə əməkdaşlıq etmiş şəxsləri yenidən dirçəltməyi təmizə çıxara bilməz. "Bunu pisləyir və hesab edirəm ki, faşistlərə heykəl qoyulması yolverilməzdir”, - deyə o bildirib. Bundan əlavə, İsrailin "Kanal 9” televiziyasında Njde Qareginə abidə qoyulması məsələsi müzakirəyə çıxarılıb. Məşhur ekspertlər, ictimai xadimlər Ermənistanda faşist Almaniyası əlaltılarının qəhrəman obrazında təqdim edilməsindən narahatlıqlarını ifadə ediblər.
Yəhudi müharibə veteranları isə bu halın beynəlxalq miqyasda pislənilməsinə nail olmaq istəyirlər. Məlumat üçün bildirək ki, iyunun 22-də Hitler Almaniyasının SSRİ-yə hücumunun ildönümü ərəfəsindəsə israilli müharibə veteranları Yerevanda Njdeyə abidə qoyulması xəbərindən şoka düşdüklərini bildiriblər. Xüsusən də onun Ermənistanda "erməni milli-azadlıq hərəkatının qəhrəmanı” kimi qələmə verilməsindən qəzəbləndiklərini açıq şəkildə bəyan ediblər. Sirr deyil ki, adıçəkilən erməni cəlladı İkinci Dünya müharibəsi illərində faşistlərlə əməkdaşlıq edib. 1942-ci ildə Njde Berlində yaradılan Erməni Milli Şurasının yeddi üzvündən biri olub. O, dəfələrlə erməni hərbçiləri qarşısında təbliğati çıxışlar edib, onları SSRİ-yə qarşı silahlı mübarizəyə qoşulmağa çağırıb. Bu faşist əlaltısı bildirirdi ki, Almaniya uğrunda ölən hər bir şəxs Ermənistan uğrunda ölür.
Onunla yanaşı, "general Dro” kimi tanınan Drastamar Kananyan da 1914-1917-ci illərdə Qafqaz cəbhəsində rus ordusunun tərkibində döyüşüb. Onun Njde ilə yanaşı türk və azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyi barədə çoxsaylı faktlar var. 1942-ci ildə Vermaxtın qurduğu erməni legionunun tərkibində döyüşüb. 1956-cı ildə ölüb və Birləşmiş Ştatlarda dəfn edilib. 2000-ci ildə isə nəşi Yerevana gətirilib və Aparanda, Böyük Vətən müharibəsində ölən ermənilərin yanında basdırılıb.
İsrail Veteranlar İttifaqının sədri İosif Zeldis hesab edir ki, faşistlərlə əməkdaşlıq edən şəxslərə abidə qoyulması anormallıqdır. İttifaqın Qüds bölümünün sədri Yuri Periç də bu fikirdədir: "Axı faşistlərlə əməkdaşlıq edən bir şəxsə necə abidə qoyula bilər? Erməni xalqını başa düşə bilmirəm. Faşistyönümlü element milli qəhrəman sayıla bilməz. O əgər faşist dəstəsinin rəhbərliyində təmsil olunubsa, necə qəhrəmanlaşdırıla və abidə qoyula bilər? Bu heç bir çərçivəyə sığmır. Bizim üçün o, faşistdir, kimin üçün isə milli qəhrəman? Faşistlər bütün dünyanın düşməni olublar və hamı bunu gözəl anlayır. Digər tərəfdən, faşistlərə kömək etmiş bir şəxsdən milli qəhrəman obrazını düzəldir, heykəl qoyurlar. Bu, yolverilməzidir. O, faşizmin qələbə qazanması uğrunda döyüşüb və indi qəhrəman olub? Millətçi anlayışı var. Millətçi elə bir şəxsdir ki, öz millətini sevir və digərlərinə də hörmətlə yanaşır. Və var nasistlər - onlar öz millətini, irqini sevir, digərlərini isə məhv edirlər. Bizlər üçün nasist qəhrəman ola bilməz”.
Başqa bir veteran, Ümümisrail Veteranlar Birliyinin rəhbəri Avraam Qrinzayd da hesab edir ki, nasistlərlə əməkdaşlıq edən istənilən bir şəxsin qəhrəman obrazında təqdim edilməsi yolverilməzdir: "Biz hətta bir sıra keçmiş sovet respublikalarından Qələbənin 70 illiyi ilə bağlı xatirə medallarını almaqdan da imtina etmişik. Səbəb də odur ki, həmin ölkələr həmin medallarla həm nasistlərə qarşı döyüşənləri, həm də onlarla əməkdaşlıq edənləri mükafatlandırıblar. Bu problemin heç müzakirəyə belə ehtiyacı yoxdur - sadəcə pislənilməlidir, heç bir halda anlaşılmır”.
Beləliklə, sağlam düşüncəsi olan hər kəs hesab edir ki, faşist əlaltısı general Njdenin milli qəhrəman obrazında qələmə verilməsi anormaldır. Doğrudan da faşistlərə müharibədə qalib gəlməyə kömək edən şəxsləri qəhrəman obrazında təqdim etmək hansı məntiqə sığır? Görünür, erməni məntiqinə. Təbii ki, işğalçı dövlətin rəhbərliyinin nasistə belə ehtiram göstərməsi, onun adının əbədiləşdirilməsi nasistlərə qarşı vuruşanların xatirəsinə təhqirdir.
Kamran
banner

Oxşar Xəbərlər