• cümə axşamı, 28 mart, 18:38
  • Baku Bakı 13°C

Yəhudi və Azərbaycan gəncləri birgə karyera qurur

10.09.14 14:31 786
Yəhudi və Azərbaycan gəncləri birgə karyera qurur
10 sentyabr 2014-cü il tarixindən Bakı şəhərində, həmçinin Quba və Qusar rayonlarında “Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Yəhudi və Azərbaycan gəncləri birgə karyera quruculuğunda” adlı layihəsinin təlim-seminarların keçirilməsinə start verilmişdir. Təlim-seminarlar Quba və Qusar şəhərlərində həmçinin qəsəbə və kəndlərində keçirilməsi nəzərdə tutulur.
Layihənin həyata keçirilməsində əsas məqsədi Quba və Qusar gənclərinə internet texnologiyaları vasitəsi regionda professional treyderlər kimi yetişməsinə köməklik etməkdən ibarətdir. Həmçinin, layihə çərçivəsində gənclərə internet resurslarından istifadə etməklə iş yerlərinin axtarılmasına və karyera imkanlarınının qazanılmasına yardəm göstəriləcək. Məqsəd bu yolla şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsidir.
Layihənin digər məqsədi gənclərin dünya maliyyə bazarlarında internet-tiçarətin alətləri köməyilə karyera qurmaq imkanları əldə etsinlər və regionda professional treyderlər kimi yetişməsidir.
Təlimlərdə Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu, Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında qanunlarla bağlı müzakirələr aparılacaq.
banner

Oxşar Xəbərlər