• şənbə, 20 Aprel, 17:48
  • Baku Bakı 23°C

“Yeddi Gözəl” baleti ABŞ səhnəsində - İlk dəfə

08.10.14 14:46 1064
“Yeddi Gözəl” baleti ABŞ səhnəsində -  İlk dəfə
Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkarımız Qara Qarayevin “Yeddi Gözəl” baletinin tamaşası keçiriləcək
Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Baş Konsulluğun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən səhnələşdirmə “Yeddi Gözəl” baletinin Amerikada ilk premyerası olacaq. Tamaşa ABŞ-ın ən böyük opera teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San Dieqo Şəhər Teatrında (San Diego Civic Theater) keçiriləcək.
Tanınmış San Dieqo Baleti tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda səhnələşdirilən “Yeddi Gözəl” baletinə amerikalılar tərəfindən böyük maraq müşahidə olunur. Baletin musiqisi San Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont Kollecinin orkestri tərəfindən ifa ediləcək. Tamaşanın xoreoqrafı San Dieqo Baletinin direktoru, yüksək mükafatlar laureatı Xavier Velasko, dirijoru isə Dr. Randal Tviddir. Bütün rollar amerikalı balerin və balerinalar tərəfindən ifa ediləcək.
Tamaşanın təbliği məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən xüsusi internet səhifəsi (http://www.sevenbeauties.us/) yaradılıb, Facebook və Twitter kimi sosial şəbəkələrdə də baletlə əlaqədar informasiya xarakterli daim yenilənən səhifələr (https://www.facebook.com/sevenbeauties.us/ , https://twitter.com/SevenBeauties) istifadəyə verilib.

banner

Oxşar Xəbərlər