AZE | RUS | ENG |

“Yazılmışdı ki, nəzarət altında saxlanılan şagirdlərdəndir”- Məktəb illəri

“Yazılmışdı ki, nəzarət altında saxlanılan şagirdlərdəndir”- Məktəb illəri
İlham Namiq Kamal: “Yəni, şuluq uşaqdır, boş buraxmaq olmaz”

Məktəb illəri ömrün ən qayğısız və mənalı dövrü adlandırılır. Həmin illərdən hər kəsin o qədər xatirələri olur ki, danışmaqla bitməz. Lakin həmin illəri ümumiləşdirəndə, o xatirələr içərisində daha yaddaqalanları da olur. Rubrikamızın budəfəki qonağı Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycan Dövlət Musiqili Teatrın aktyoru və rejissoru İlham Namiq Kamaldır.   
 
Həmsöhbətim orta məktəbdə yaxşı oxuyan, fəal şagirdlərdən olduğunu deyir: "Buna görə də bir az özümə arxayınlığım vardı. 5-ci sinifdə oxuyanda evimizin yaxınlığındakı kitabxanada, demək olar, kitabların hamısını oxumuşdum. O vaxt kitaba böyük həvəs var idi. İndi də tələbələrimə həmişə deyirəm ki, insanı saflaşdıran, ona xeyirlə şəri, yaxşı ilə pisi aşılayan yeganə vasitə kitabdır. Gənclərimiz kitabdan nə qədər uzaqlaşsalar, bugünkü nəsil bir o qədər geri gedəcək. Ona görə də həmişə deyirəm ki, kitab, kitab, yenə də kitab”.
 
Müsahibimiz məktəbdə oxuduğu dövrlə bağlı maraqlı xatirəsini də bizimlə bölüşdü: "Sinif rəhbərimiz Əli Heydər Qasımzadə idi. O vaxt sinifdən sinfə keçəndə bizə xasiyyətnamə yazırdılar. Xasiyyətnamənin yazıldığı iş dəftərini indi də saxlayıram. Yeddinci sinifdə xasiyyətnaməmdə belə yazılmışdı: İlham Namiq Kamal oğlu çox fəaldır, sinif yoldaşları arasında böyük hörməti var, təşkilatçılıq qabiliyyəti həddindən artıq yaxşıdır. Axırda da bir cümlə yazılmışdı: nəzarət altında saxlanılan şagirdlərdən biridir. Yəni, şuluq uşaqdır, boş buraxmaq olmaz”.
 
Günel Azadə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933