YAZIÇI KREDOSU
Bizim dövrümüzdə yazıçı ilhamlanmış,
ruhlanmış insan tipidir. O, havasız maşın dünyası ilə intellektual fəaliyyət
dünyası arasında küncə qısılaraq boğulmağa məhkum olunmuşdur. Axı yazıçı bizim dövrümüzün fanatik şəkildə mübarizə apardığı qüvvəni təmsil edir və qoruyur. Buna görə
dövrü günahlandırmaq axmaqlıqdır. Bizim yaşadığımız zaman o birilərindən nə
yaxşıdır, nə də pis. Dövrünün məqsəd və ideallarıyla ayaqlaşa bilənçün
o, cənnət, onlara qarşı duranlar üçünsə cəhənnəmdir. Beləliklə də, dövrümüz
bizim üçün – yazıçılar üçün cəhənnəmdir. Əgər yazıçı öz adına, ideallarına
sadiq qalmaq niyyətindədirsə, o, nə həyatı sənaye və təşkilatlarla fəth edən
istelaçıların başdöndürən nailiyyətlərinə, nə də hal-hazırda universitetlərimizdə
müşahidə etdiyimiz mənəviyyatı
rasionalizmə tabe edən humanitariyaya
qoşulmamalıdır. Yazıçının yeganə vəzifəsi ruhun xidmətçisi, müdafiəçisi və
cəngavəri olmaqdır. Və buna görə də bu gün, daha doğrusu dünya tarixinin məhz
indiki anında o, hər kəsin tab gətirə
bilməyəcəyi təkliyə və iztirablara məhkum olunmuşdur. İndi Avropada çox az yazıçı var. Və trazgizmin
əlamətlərindən və hətta donkixotçuluqdan məhrum olduqlarını onların heç biri haqqında demək olmaz. Amma
buna baxmayaraq, Avropa mütaliəçi bürgerlərin (şəhərlilərin) çox sevdiyi və öz
istedad və zövqü ilə onların ideal və məqsədlərini tərifləyən "yazıçılarla”
doludur. Bu, hal-hazırda müharibədir, sabahsa pasivizm (hər cür müharibəni, o
cümlədən milli azadlıq müharibəsini və başqa ədalətli müharibələri inkar edən
cərəyan) və s. olacaq.
Lakin həqiqətən də yazıçı olanların
arasında Yer kürəsinin cəhənnəmində – havasızlığında susaraq məhv olub gedir,
ya da ki ağrı-axıları qəbul edərək, taleyə boyun əyir. Ötən dövrlərdə şairlərə
verilən hörmətin, dəyərin indi işgəncəyə çevrildiyini görəndə də buna etiraz
etmirlər. Onlara – məhz həmin yazıçılaradır sevgim. Mən onları sevir, onlara
hörmət edir və onların qardaşı olmaq istərdim. Biz əzab çəkirik. Lakin nə
etiraz edir, nə də müdafiə olunmaq üçün cəhd göstərmirik. Maşınlar dünyasında
və ağıldankəm barbarlığın ağuşunda boğulub gedirik. Bu hava bizim nəfəsimizə
uyğun olmadığına baxmayaraq, buradan qopub qaçmaq cəhdləri də göstərmirik.
Bütün bu iztirabları, boğulmaqları və əzab-əziyyəti ümumi dünya taleyinin bizə
düşən qisməti, missiyası və sınağı kimi qəbul edirik. Dövrümüzün heç bir
idealına – nə bolşevik, nə proffesor, nə də fabrikçilərin ideallarına inanırıq.
Lakin insanın ölümsüzlüyünə və insan obrazının bütün təhriflərdən, bütün
korlanmalardan sonra yenilənərək, istənilən cəhənnəmdən təmizlənmiş, üzü ağ
çıxacağına inanırıq!
Ağrılarını, yuxularını oxucu
qarşısında açmaqla biz müasirliyi nə
doğrultmağa, nə öyrətməyə, nə də yaxşılaşdırmağa çalışırıq. Biz təkrar-təkrar
ona obrazlar və ruh dünyasını açmaq istəyirik. Bu yuxular bəzən qorxulu, bəzən
qəddar, obrazlar isə bəzən dəhşətli, hürküdücü olur. Və bəzi şeylər haqqında
susaraq, yalan deməyə, nəyisə gizlətməyə
ixtiyarımız yoxdur. Bu işlə yetərincə
brüger "yazıçıları” canfəşanlıqla məşğuldurlar. Biz insan ruhunun,
mənəviyyatının təhlükədə olduğunu, uçurumun qırağında dayandığını gizlətmirik.
Lakin biz ölməzliyə inandığımızı da gizlətmirik.
"UCUZ
KİTABLAR"
Qiyməti
ucuz olan kitablar ildən-ilə çoxalır. Ehtiyacı olan adamlar həmin kitabları
əldə edirlər. Hədiyyə - bax bu başqa məsələdir. İmkanlı adamlar çox vaxt
uşaqlara, böyüklərə, dostlarına kitab
hədiyyə edirlər. Bahalı əşyalar da hədiyyə edirlər, lazımsız əşyalar da.
Məsələn, konfirmasiya günündə (müəyyən
yaş həddinə çatmış yeniyetmələrin kilsə icmasına qəbul ayini) qızlara
aid ədəbiyyat və ya buna bənzər başqa şeylər veirirlər. Lakin aşağı, kasıb
təbəqənin nümayəndələrinə, qulluqçulara, xadimələrə kitab hədiyyə etmək hələ
çox da qəbul olunmamışdır. Müxtəlif ibrətamiz nəşrlərin, dini və ya siyasi
təbliğat kitabçalarının xoşniyyətlə paylanılması bəzən insanlarda gülüş, bəzən isə
əsəb doğurur. Son zamanlar aşağı
səviyyəli bulvar ədəbiyyatı təqib olunur. Və görünür bu heç də nəticəsiz deyil.
Kabuslardan və xəfiyyələrdən danışılan o məşhur əsərlər kimi maraqsız və
estetik cəhətdən təlabatsız olan dini
tərənnüm edən əsərlərin işi o birilərinə
baxanda bir az babatdı. Obyektiv və qərəsziz olan bir adam üçün onlar
darıxdırıcı, lazımsız və xoşagəlməzdir;
öz bezdirici tendensiyaları ilə onlar xeyirdənsə ziyan gətirərək
əhval-ruhiyyəyə mənfi təsir göstərirlər. Əgər mən evimizdəki xidmətçiyə
"Dindar İda və ya xidmətçinin həyatında Tanrı xeyir-duası" kitabını
hədiyyə etsəm, ona məktəbli kimi dərs keçib tərbiyə etdiyimi düşünəcək. Bu şah
əsərin üzünü ya ümumiyyətlə, açmayacaq, ya da oxusa da nifrətlə oxuyacaq. Həm də ki, mənim heç bu kitabı oxumadığımı
düşünəcək. Əgər Hothelf, Keller, Raabenin hədiyyə etsəm o ən azından bunu adi qəbul edəcək, ona heç
bir təzyiq etmədiyimi, tərbiyə etmədiyimi düşünərək çox güman ki, oxuyacaq.
Adətən
insanlar bir-birlərinə yeni ildə hədiyyələr verirlər. Xidmətçilərə də yeni
paltar, siqar simiclik etmədən hədiyyə olunur. Axı bunlardansa balaca bir kitab
da vermək olardı. Bu kitab, bəlkə də, ən pis halda diqqətdən kənarda qalardı,
bəlkə də, kiməsə sevinc gətirərdi. Kitabı oxumağa borc verməksə tamamilə başqa
məsələdir. Kimdənsə oxumağa kitab götürən adam onu tezliklə oxuyub geri
qaytarmalıdır; kitabın özünə məxsus olmağının ayrı ləzzəti var. Kitabı hər
hansı bir şəkildə sırınmağındansa, kiməsə hədiyyə edəndə daha yaxşı oxunulur.
İndiki
dövrdə kitab hədiyyə etmək heç də çətin deyil. Bir neçə pfenniqə yaxşı şeylər
əldə etmək olar. Dostlarımdan bir çoxlarında getdiyi, qonaq qaldığı yerlərdə
özləriylə yola götürdükləri ucuzlu kitabları qoymaq adəti vardır. Reklam
xətrinə qulluqçulara çatan həmin bu kitabların əsl savadlı adamlar üçün
olduğunu düşünürlər.
Dahi
yazıçıların əsərlərinin heç də "hər kəs üçün" nəzərdə tutulmadığını,
onların xamlamaq, qırıldatmaq üçün olmadığının hər gün bir yeni təsdiqini
tapırıq. Cəfəngiyyatdır. Hotfrid Kellerin (alman yazıçısı) novellasının
gözəlliyindən heç bir anlayışı olmayan kəmsavad
insanlar bu heakayənin predmetindən zövq alacaq və yaddaşında ondan
mütləq nəsə qalacaq. Axı "Robinzon" və hətta uşaqlarımızın həvəslə
oxuduqları "Qulliver" də bir zamanlar ədəbi insanların oxuduğu əsl
ədəbiyyat nümunələri idi. Adi oxucular ədəbi əsərdəki gözəlləikləri görmurlər.
Bu fikir geniş yayılmış olsa da, yalnışdır. Dəfələrlə biz ev tikəndə, bağ
salanda nə qədər təkmiləşsək də, yenidən köhnə, kəndli üsullarına müraciət
edirik və beləliklə, hər bir gözəliyin "savad" adlanan bir şeydə yox,
nəsə ayrı bir yerdə olduğunu anlayırıq. Və əsl yazıçınının gözəl əsərlərini biz
sadə oxuculara təqdim edə bilərik.
"Faust"u və ya "Don Kixot" oxuyan sadə bir oxucu
böyük, seçilmiş kitabxanası olan oxucudan daha böyük zövq, daha böyük maraqla
oxuyur. İohan Xebelin (alman yazıçısı) "Ailəcanlı"sında
toplanmış təqvim hekayələri ən azından
yazıçının öz vətənində xalq arasında kök salmışdır. Məncə bu nə vaxtsa alman
novellaçıları tərəfindən yaradılmışlardan daha yaxşıdır.
Daha
çox uşaqlara kitab hədiyyə olunmalıdır.
Məcburi mütaliənin təhlükəsi burada bir qədər azdır; axı bir az ağıllı
valideynlərin bir az sağlam uşaqları tez bir vaxtda qətiyyətlə ona lazım
olmayanı, ögey olanı inkar edəcək. Mən
uşaqları çox mütaliə etditilməsinin də tərəfdarı deyiləm. Kitabları onları
oxumağa ehtiyac və istək olanda hədiyyə
etmək lazımdır. Yeni ildə və ya ad
günündə ucuz qiymətə olan xalq nağılları kitabları verməkdənsə, uşağa adətən
bir neçə bahalı şəkilli kitab hədiyyə edirlər ki, bəlkə, bunları il ərzində
oxuyar. Mütləq nəzarət etmək lazıımdır ki, hədiyyə etdiyimiz kitablar onların görməsinə ziyan etməsin.
Rus dilindən tərcümə edən: Xanım AYDIN