• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

YAZIÇI KREDOSU

21.11.16 10:58 3033
YAZIÇI KREDOSU
Bizim dövrümüzdə yazıçı ilhamlanmış, ruhlanmış insan tipidir. O, havasız maşın dünyası ilə intellektual fəaliyyət dünyası arasında küncə qısılaraq boğulmağa məhkum olunmuşdur. Axı yazıçı bizim dövrümüzün fanatik şəkildə mübarizə apardığı qüvvəni təmsil edir və qoruyur. Buna görə dövrü günahlandırmaq axmaqlıqdır. Bizim yaşadığımız zaman o birilərindən nə yaxşıdır, nə də pis. Dövrünün məqsəd və ideallarıyla ayaqlaşa bilənçün o, cənnət, onlara qarşı duranlar üçünsə cəhənnəmdir. Beləliklə də, dövrümüz bizim üçün – yazıçılar üçün cəhənnəmdir. Əgər yazıçı öz adına, ideallarına sadiq qalmaq niyyətindədirsə, o, nə həyatı sənaye və təşkilatlarla fəth edən istelaçıların başdöndürən nailiyyətlərinə, nə də hal-hazırda universitetlərimizdə müşahidə etdiyimiz mənəviyyatı rasionalizmə tabe edən humanitariyaya qoşulmamalıdır. Yazıçının yeganə vəzifəsi ruhun xidmətçisi, müdafiəçisi və cəngavəri olmaqdır. Və buna görə də bu gün, daha doğrusu dünya tarixinin məhz indiki anında o, hər kəsin tab gətirə bilməyəcəyi təkliyə və iztirablara məhkum olunmuşdur. İndi Avropada çox az yazıçı var. Və trazgizmin əlamətlərindən və hətta donkixotçuluqdan məhrum olduqlarını onların heç biri haqqında demək olmaz. Amma buna baxmayaraq, Avropa mütaliəçi bürgerlərin (şəhərlilərin) çox sevdiyi və öz istedad və zövqü ilə onların ideal və məqsədlərini tərifləyən "yazıçılarla” doludur. Bu, hal-hazırda müharibədir, sabahsa pasivizm (hər cür müharibəni, o cümlədən milli azadlıq müharibəsini və başqa ədalətli müharibələri inkar edən cərəyan) və s. olacaq.
Lakin həqiqətən də yazıçı olanların arasında Yer kürəsinin cəhənnəmində – havasızlığında susaraq məhv olub gedir, ya da ki ağrı-axıları qəbul edərək, taleyə boyun əyir. Ötən dövrlərdə şairlərə verilən hörmətin, dəyərin indi işgəncəyə çevrildiyini görəndə də buna etiraz etmirlər. Onlara – məhz həmin yazıçılaradır sevgim. Mən onları sevir, onlara hörmət edir və onların qardaşı olmaq istərdim. Biz əzab çəkirik. Lakin nə etiraz edir, nə də müdafiə olunmaq üçün cəhd göstərmirik. Maşınlar dünyasında və ağıldankəm barbarlığın ağuşunda boğulub gedirik. Bu hava bizim nəfəsimizə uyğun olmadığına baxmayaraq, buradan qopub qaçmaq cəhdləri də göstərmirik. Bütün bu iztirabları, boğulmaqları və əzab-əziyyəti ümumi dünya taleyinin bizə düşən qisməti, missiyası və sınağı kimi qəbul edirik. Dövrümüzün heç bir idealına – nə bolşevik, nə proffesor, nə də fabrikçilərin ideallarına inanırıq. Lakin insanın ölümsüzlüyünə və insan obrazının bütün təhriflərdən, bütün korlanmalardan sonra yenilənərək, istənilən cəhənnəmdən təmizlənmiş, üzü ağ çıxacağına inanırıq!
Ağrılarını, yuxularını oxucu qarşısında açmaqla biz müasirliyi nə doğrultmağa, nə öyrətməyə, nə də yaxşılaşdırmağa çalışırıq. Biz təkrar-təkrar ona obrazlar və ruh dünyasını açmaq istəyirik. Bu yuxular bəzən qorxulu, bəzən qəddar, obrazlar isə bəzən dəhşətli, hürküdücü olur. Və bəzi şeylər haqqında susaraq, yalan deməyə, nəyisə gizlətməyə ixtiyarımız yoxdur. Bu işlə yetərincə brüger "yazıçıları” canfəşanlıqla məşğuldurlar. Biz insan ruhunun, mənəviyyatının təhlükədə olduğunu, uçurumun qırağında dayandığını gizlətmirik. Lakin biz ölməzliyə inandığımızı da gizlətmirik.
"UCUZ KİTABLAR"
Qiyməti ucuz olan kitablar ildən-ilə çoxalır. Ehtiyacı olan adamlar həmin kitabları əldə edirlər. Hədiyyə - bax bu başqa məsələdir. İmkanlı adamlar çox vaxt uşaqlara, böyüklərə, dostlarına kitab hədiyyə edirlər. Bahalı əşyalar da hədiyyə edirlər, lazımsız əşyalar da. Məsələn, konfirmasiya günündə (müəyyən yaş həddinə çatmış yeniyetmələrin kilsə icmasına qəbul ayini) qızlara aid ədəbiyyat və ya buna bənzər başqa şeylər veirirlər. Lakin aşağı, kasıb təbəqənin nümayəndələrinə, qulluqçulara, xadimələrə kitab hədiyyə etmək hələ çox da qəbul olunmamışdır. Müxtəlif ibrətamiz nəşrlərin, dini və ya siyasi təbliğat kitabçalarının xoşniyyətlə paylanılması bəzən insanlarda gülüş, bəzən isə əsəb doğurur. Son zamanlar aşağı səviyyəli bulvar ədəbiyyatı təqib olunur. Və görünür bu heç də nəticəsiz deyil. Kabuslardan və xəfiyyələrdən danışılan o məşhur əsərlər kimi maraqsız və estetik cəhətdən təlabatsız olan dini tərənnüm edən əsərlərin işi o birilərinə baxanda bir az babatdı. Obyektiv və qərəsziz olan bir adam üçün onlar darıxdırıcı, lazımsız və xoşagəlməzdir; öz bezdirici tendensiyaları ilə onlar xeyirdənsə ziyan gətirərək əhval-ruhiyyəyə mənfi təsir göstərirlər. Əgər mən evimizdəki xidmətçiyə "Dindar İda və ya xidmətçinin həyatında Tanrı xeyir-duası" kitabını hədiyyə etsəm, ona məktəbli kimi dərs keçib tərbiyə etdiyimi düşünəcək. Bu şah əsərin üzünü ya ümumiyyətlə, açmayacaq, ya da oxusa da nifrətlə oxuyacaq. Həm də ki, mənim heç bu kitabı oxumadığımı düşünəcək. Əgər Hothelf, Keller, Raabenin hədiyyə etsəm o ən azından bunu adi qəbul edəcək, ona heç bir təzyiq etmədiyimi, tərbiyə etmədiyimi düşünərək çox güman ki, oxuyacaq.
Adətən insanlar bir-birlərinə yeni ildə hədiyyələr verirlər. Xidmətçilərə də yeni paltar, siqar simiclik etmədən hədiyyə olunur. Axı bunlardansa balaca bir kitab da vermək olardı. Bu kitab, bəlkə də, ən pis halda diqqətdən kənarda qalardı, bəlkə də, kiməsə sevinc gətirərdi. Kitabı oxumağa borc verməksə tamamilə başqa məsələdir. Kimdənsə oxumağa kitab götürən adam onu tezliklə oxuyub geri qaytarmalıdır; kitabın özünə məxsus olmağının ayrı ləzzəti var. Kitabı hər hansı bir şəkildə sırınmağındansa, kiməsə hədiyyə edəndə daha yaxşı oxunulur.
İndiki dövrdə kitab hədiyyə etmək heç də çətin deyil. Bir neçə pfenniqə yaxşı şeylər əldə etmək olar. Dostlarımdan bir çoxlarında getdiyi, qonaq qaldığı yerlərdə özləriylə yola götürdükləri ucuzlu kitabları qoymaq adəti vardır. Reklam xətrinə qulluqçulara çatan həmin bu kitabların əsl savadlı adamlar üçün olduğunu düşünürlər.
Dahi yazıçıların əsərlərinin heç də "hər kəs üçün" nəzərdə tutulmadığını, onların xamlamaq, qırıldatmaq üçün olmadığının hər gün bir yeni təsdiqini tapırıq. Cəfəngiyyatdır. Hotfrid Kellerin (alman yazıçısı) novellasının gözəlliyindən heç bir anlayışı olmayan kəmsavad insanlar bu heakayənin predmetindən zövq alacaq və yaddaşında ondan mütləq nəsə qalacaq. Axı "Robinzon" və hətta uşaqlarımızın həvəslə oxuduqları "Qulliver" də bir zamanlar ədəbi insanların oxuduğu əsl ədəbiyyat nümunələri idi. Adi oxucular ədəbi əsərdəki gözəlləikləri görmurlər. Bu fikir geniş yayılmış olsa da, yalnışdır. Dəfələrlə biz ev tikəndə, bağ salanda nə qədər təkmiləşsək də, yenidən köhnə, kəndli üsullarına müraciət edirik və beləliklə, hər bir gözəliyin "savad" adlanan bir şeydə yox, nəsə ayrı bir yerdə olduğunu anlayırıq. Və əsl yazıçınının gözəl əsərlərini biz sadə oxuculara təqdim edə bilərik. "Faust"u və ya "Don Kixot" oxuyan sadə bir oxucu böyük, seçilmiş kitabxanası olan oxucudan daha böyük zövq, daha böyük maraqla oxuyur. İohan Xebelin (alman yazıçısı) "Ailəcanlı"sında toplanmış təqvim hekayələri ən azından yazıçının öz vətənində xalq arasında kök salmışdır. Məncə bu nə vaxtsa alman novellaçıları tərəfindən yaradılmışlardan daha yaxşıdır.
Daha çox uşaqlara kitab hədiyyə olunmalıdır. Məcburi mütaliənin təhlükəsi burada bir qədər azdır; axı bir az ağıllı valideynlərin bir az sağlam uşaqları tez bir vaxtda qətiyyətlə ona lazım olmayanı, ögey olanı inkar edəcək. Mən uşaqları çox mütaliə etditilməsinin də tərəfdarı deyiləm. Kitabları onları oxumağa ehtiyac və istək olanda hədiyyə etmək lazımdır. Yeni ildə və ya ad günündə ucuz qiymətə olan xalq nağılları kitabları verməkdənsə, uşağa adətən bir neçə bahalı şəkilli kitab hədiyyə edirlər ki, bəlkə, bunları il ərzində oxuyar. Mütləq nəzarət etmək lazıımdır ki, hədiyyə etdiyimiz kitablar onların görməsinə ziyan etməsin.
Rus dilindən tərcümə edən: Xanım AYDIN
banner

Oxşar Xəbərlər