AZE | RUS | ENG |

Yazıçılar Birliyinin üzvü kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək

Yazıçılar Birliyinin üzvü kitabının təqdimatını Cocuq Mərcanlıda keçirəcək
Yazıçılar Birliyinin üzvü Afət Viləşsoy bu yaxınlarda çapdan çıxacaq "Mənim adım Vətəndi” kitabının təqdimatını Cocuq Mərcanlı və Füzulidə keçirmək niyyətindədir. Bu barədə müəllifin özü məlumat verib. "Düşündüm ki, "Mənim adım Vətəndi” kitabı ilk növbədə Vətənimizin yaralı yeri olan Qarabağda təqdim olunmalıdır. Qoy bu da mənim torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəmanların ruhuna bir töhfəm olsun. Bu, həmçinin düşmənlə üz-üzə dayanmış əsgərlərə və cəbhə bölgəsi sakinlərinə bir təşəkkür, düşmənlərə isə Vətəndən heç vaxt üz döndərməyəcəyimiz barədə  mesajıdır” - deyə Afət Viləşsoy bildirib. Müəllifin sözlərinə görə, artıq kitab çap mərhələsindədir və aprelin sonu-mayın əvvəllərində oxucuların ixtiyarına veriləcəyi gözlənilir. Nəşrdə Afət Viləşsoyun "Ulduz” jurnalı və bir sıra digər nəşrlərdə işıq üzü görmüş vətənpərvərlik ruhlu hekayə və şeirləri toplanılıb.  Kitabın redaktoru və öz söz müəllifi böyük Azərbaycan yazarı İsa Muğannanın qızı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna, texniki redaktoru Elnarə Abbasovadır. Qeyd edək ki, Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universiteti və "Gənc istedadlar” liseyinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Afət Viləşsoy 7 bədii kitab və 10-dan çox elmi əsərin müəllifidir. O, 2011-ci ildə gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb. 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779