• cümə axşamı, 25 aprel, 14:01
  • Baku Bakı 23°C

Yazıçılar Birliyi qurultayın vaxtını açıqladı

30.08.13 10:39 1422
Yazıçılar Birliyi qurultayın vaxtını açıqladı
Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun APA-ya verdiyi məlumata görə, qurultay noyabrın ortalarına nəzərdə tutulub: “İndidən dəqiq vaxt demək çətindir, bəzi təşkilati məsələlər var, dəqiqləşsin, qurultayın keçirilmə tarixi noyabrın əvvəlində elan olunacaq”
Qurultayın növbəti dəfə təxirə salınma ehtimalına münasibət bildirən Ədalət Əsgəroğlu bildirib ki, noyabrda qurultayın keçirilməsi qətiləşib: “Mən Yazıçılar Birliyinin sədri Anara istinadən danışıram. Qurultay noyabrda olacaq. İnanmıram ki, qurultayın keçirilməsi növbəti ilə saxlanılsın”.
banner

Oxşar Xəbərlər