• çərşənbə, 24 Aprel, 10:39
  • Baku Bakı 13°C

Yazıçı Anarın 76 yaşı tamam olur

14.03.14 10:58 1510
Yazıçı Anarın 76 yaşı tamam olur
Bu gün Azərbaycanın xalq yazıçısı Anarın dünyaya gəlməsinin 76-cı ildönümüdür. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar 1938-ci il martın 14-də məşhur yazıçı - Rəsul Rza və şair Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.
Anspress xəbər verir ki, elə yazıçının adı da ona doğma olan iki insandan bir xatirədir. O, 10 illik musiqi məktəbini gümüş medalla bitirib. Həyat yoldaşı Zemfira xanımla isə 1-ci sinifdən 10-cu sinfədək bir yerdə oxuyub. Yazıçı Anar Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira xanımsa konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb. Onların izdivacından bir qız, bir oğlan övladları dünyaya gəlib.
Yazıçı Anar həm də içtimai xadimdir. O, Yazıcılar Birliyinin sədridir. 1995-2000-ci illərdə isə Milli Məclisin üzvü olub. 1964-çü ildən Yazıçılar, Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqının üzvüdür. Anar ilk əsərlərini Şuşada yazıb. "Keçən ilin son gecəsi” və "Bayram həsrətində” onun ilk mətbu hekayələridir.
Anarın 50-dən çox kitabı dünyanın bir çox ölkələrində nəşr olunub. Yazıçının pyesləri müxtəlif teatrlarda mütəmadi tamaşaya qoyulur, xariçi ölkə səhnələrində oynanılır. Onun bir neçə tərçümə əsərləri də var.O, həm də "Dantenin yubileyi”, "Üzeyir ömrü” və "Qəm pənçərəsi” kimi filmlərinin quruluşçu rejissoru, 11 bədii filmin isə ssenari müəllifidir.
Rusiyanın "Mosfilm” kinostudiyasında yazıçının "Mən, sən, o və telefon” hekayəsinin motivləri əsasında "Hər axşam 11-də” bədii filmi çəkilib. Onun bir neçə şeirinə Xəyyam Mirzəzadə, Çavanşir Quliyev, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar mahnılar bəstələyib.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və 1998-ci il martın 14-də yazıçı ölkənin ən yüksək dövlət mükafatı olan İstiqlal ordeni ilə təltif olunub.
banner

Oxşar Xəbərlər