• cümə, 19 Aprel, 04:18
  • Baku Bakı 18°C

Yayda azərbaycanlı sahibkarlar ərəb ölkələrinə səfər edəcək

22.04.17 15:00 823
Yayda azərbaycanlı sahibkarlar ərəb ölkələrinə səfər edəcək
İyulda azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti işgüzar əlaqələrin qurulması üçün Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəklər.
Trend-in məlumatına görə, bunu "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin sədri Elşən Rəhimov təşkilatın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, İctimai Birlik tərəfindən təşkil olunan missiyanın səfəri bu üç ölkə ilə məhdudlaşmayacaq, gələcəkdə digər ərəb ölkələrinə səfərlər də planlaşdırılır: "Biz bu səfərlər çərçivəsində forumlar keçirməyi planlaşdırmırıq. Hazırda bizim vəzifəmiz ərəb ölkələrinin ticarət palataları və işgüzar dairələrinin nümayəndələri ilə görüş təşkil etməkdir. Biz yalnız ərəb investorların diqqətini Azərbaycana cəlb etmək yox, həm də sahibkarlarımızın ərəb ölkələrinə çıxışını təmin etmək istəyirik. Azərbaycan və ərəb ölkələri arasında dövlət səviyyəsində yaxşı əlaqələr qurulub, bizim vəzifəmiz isə bu ölkələrin iş adamları ilə birbaşa əlaqələr yaratmaqdır".
banner

Oxşar Xəbərlər