• cümə axşamı, 28 mart, 21:08
  • Baku Bakı 13°C

Yay transfer planı təsdiqləndi - “Bavariya”nın

06.06.17 14:10 1108
Yay transfer planı təsdiqləndi - “Bavariya”nın
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge komandanın çıxışını dəyərləndirib.
Kaspi.az xəbər verir ki, Rummenigge mövsümün nəticəsinə birmənalı qiymət verməyin çətin olduğunu bildirib. O, komandada kadr islahatlarının olacağını deyib. Sədr yay transfer planının təsdiqləndiyini də vurğulayıb:
"Mövsümə birmənalı qiymət vermək çətindir. Hesab edirəm ki, pis alınmadı. Bundesliqada 15 xal fərqlə çempion olmaq keyfiyyətli işin göstəricisidir. Çempionatda qalib gəlmək o qədər də asan deyil.
Ancaq digər turnirlərdə vəziyyət bizim xeyrimizə olmadı. Məhz bu məqamları nəzərə alsaq, mövsümün o qədər də uğurlu olmadığını deyənlər də olacaq.
Biz bir neçə kadr islahatları aparmalıyıq. Artıq yay transfer planımız hazırdır. Bunu Karlo Ançelotti ilə müzakirə etmişik. Hətta deyərdim ki, transfer çalışmalarına başlamışıq. Yay hədəflərimiz bəllidir”.
banner

Oxşar Xəbərlər