• çərşənbə, 24 Aprel, 00:22
  • Baku Bakı 14°C

Yay Olimpiya Oyunlarında uğur qazanacaq idmançılara veriləcək mükafatlar müəyyən edilib

18.07.16 18:59 1785
Yay Olimpiya Oyunlarında uğur qazanacaq idmançılara veriləcək mükafatlar müəyyən edilib
Prezident İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, ölkə başçısı Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıb:

1. XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Bundan başqa ölkə başçısı Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında da sərəncam imzalayıb. Prezident XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıb:

1. XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər