• cümə, 29 Mart, 18:48
  • Baku Bakı 14°C

Yay Olimpiya Oyunlarına Seneqal ev sahibliyi edəcək

09.10.18 13:22 590
Yay Olimpiya Oyunlarına Seneqal ev sahibliyi edəcək
Yeniyetmələrin IV Yay Olimpiya Oyunları 2022-ci ildə Seneqalda təşkil olunacaq. Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasında yekdilliklə qəbul edilib. Afrika qitəsi ilk dəfə olaraq Yeniyetmələrin Yay Olimpiadasına ev sahibliyi edəcək.
AZƏRTACxəbər verir ki, BOK-un İcraiyyə Komitəsinin komissiyası Seneqalın namizədliyini irəli sürən digər Afrika ölkələrindən – Tunis, Nigeriya və Botsvananın bu təklifini yüksək qiymətləndirib. Komissiyanın üzvlərinin fikrincə, Seneqalın təqdim etdiyi layihə daha ambisiyalı, texniki cəhətdən təminatlıdır və bu ölkədə gənclər və idman siyasətinin inkişafına töhfə verəcək.
Qeyd edək ki, Olimpiada Seneqalın tarixi paytaxtı Dakarda, yeni salınmış Diamniadio şəhərində və Sali sahillərində təşkil olunacaq.
banner

Oxşar Xəbərlər