AZE | RUS | ENG |


Yaxşı təhsil almaq üçün 3 məktəb dəyişib - Məktəb illəri

Yaxşı təhsil almaq üçün 3 məktəb dəyişib - Məktəb illəri
Vüqar Bayramov: “Müəllimim dedi ki, sən riyaziyyatı canından da çox sevirsən”

Məktəb illəri ömrün ən qayğısız və mənalı dövrü adlandırılır. Həmin illərdən hər kəsin o qədər xatirələr olur ki, danışmaqla bitməz. Lakin həmin illəri ümumiləşdirəndə, o xatirələr içərisində daha yaddaqalanları da olur. Bu dəfə iqtisadçı alim Vüqar Bayramovun "Məktəb illəri”nə səyahət etdik.
 
Vüqar bəy deyir ki, oxuduğu məktəblərin təhsili onu qane etmədiyi üçün 3 məktəb dəyişməli olub: "İlk olaraq Füzuli rayonun ucqar kənd məktəbində təhsil həyatıma başladım. İbtidai sinfi burada başa vurduqdan sonra növbəti sinifləri şəhər məktəbində oxumaq qərarına gəldim. Çünki məktəbin verdiyi biliyin səviyyəsi məni qane etmirdi. 6-cı sinifdən Füzuli rayon şəhər məktəbində təhsilimi davam etdirdim. Əslində, ora gedib-gəlmək çox çətin idi. Hər gün sinif yoldaşımın atası işə gedəndə onunla birlikdə gedirdik. Dərs bitdikdən sonra isə özümüz avtobusla gəlirdik. Bir müddət sonra hiss etdim ki, bu məktəb də təhsil baxımından məni qane etmir. Bu səbəbdən də, qərara gəldim ki, Bakıdakı məktəblərdən birində oxuyum. Beləliklə, fizika riyaziyyat təmayüllü internat məktəbinə qəbul oldum. Bunun üstünlüyü onda idi ki, yataqxanası vardı. Bizim Bakıda evimiz olmadığından, mən yatmaq və yeməklə internat tərəfindən təchiz olunurdum”.
 
Müsahibimiz deyir ki, dəcəl uşaq olmayıb: "Valideynlərimin müəllim olması istər-istəməz mənim hərəkətlərimə öz təsirini göstərirdi. Əksinə, dərslərini yaxşı oxuyan şagird idim. Xüsusilə, riyaziyyatı sevirdim. Hətta bir dəfə qışda bərk xəstələnməyimə baxmayaraq, o vəziyyətdə dərsə getmişdim. Üz-gözüm şişmiş, burnum tutulmuşdu. Bunu görən riyaziyyat müəllimim dedi ki, sən riyaziyyatı canından da çox sevirsən.  Mən də elə sırf o dərs üçün məktəbə getmişdim”.
 
Günel Azadə 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7071
GBP 1 İngilis funt sterlinqi 2.2356
TRY 1 Türk lirəsi 0.4823
KWD 1 Küveyt dinarı 5.6352
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 1.9984
CHF 1 İsveçrə frankı 1.7899
USD 1 ABŞ dolları 1.7010