AZE | RUS | ENG |

“Yaxşı, sənə iki yazmayacağam, amma saçlarından dartacağam” - Məktəb illəri

“Yaxşı, sənə iki yazmayacağam, amma saçlarından dartacağam” - Məktəb illəri
Sevinc Tofiqqızı: “Vaqif müəllimin mənim saçlarımdan çox xoşu gəlirdi”

Məktəb illəri hər kəsin həyatında unudulmaz xatirələrlə doludur. Bəlkə də insanın ən şıltaq, dəcəl olduğu vaxtlardır.  Zaman keçdikcə həmin dövrdə etdiklərimizi xatırlayanda, üzümüzdə azda olsa təbəssüm yaranırsa, demək ki, həmin illər elə də sakit keçməyib. Sinif yoldaşlarımızla etdiyimiz zarafatlar, müəllimlərimizin bizə verdiyi cəzalar hamısı şirin bir xatirə olaraq yaddaşımıza həkk olunur. Bu dəfə rubrikamızın qonağı bəstəkar Sevinc Tofiqqızıdır.
 
Bəstəkar xanım deyir ki, musiqini o qədər sevirmiş ki, hətta, tarix dərsində belə not yazırmış: "Bir dəfə tarix dərsində solfecio dərsindən evə verilən tapşırığı yazırdım. Tarix dərsini keçən Vaqif müəllim bunu gördü. Soruşdu ki, qızım, Sevinc, sən nə yazırsan? O not dəftərini görmüşdü deyə, yalan danışa bilməzdim. Müəllim dedi ki, nə yazırsan bilmirəm, amma tarix dərsidir. Dedim ki, Vaqif müəllim, bir not yazmalıyam, icazə verin onu yazım. Saçlarım uzun idi. Vaqif müəllimin mənim saçlarımdan çox xoşu gəlirdi. Dedi qalx ayağa. Qorxudan məni həyəcan basmışdı. Elə bilirdim ki, mənə iki yazacaq. Dedim, Vaqif müəllim, axşam evimizə qonaqlar gəlmişdi deyə, solfecio dərsimi evdə çatdırmamışam. Nə olar, məni bu dəfə bağışlayın. Vaqif müəllim gülə-gülə saçlarımdan tutub dartaraq dedi: "Yaxşı, sənə iki yazmayacağam, amma saçlarından dartacağam”.
 
Günel Azadə


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946