• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Yaxşı ki, onun oynadığı vaxtda VAR olmayıb

18.02.20 13:45 2412
Yaxşı ki, onun oynadığı vaxtda VAR olmayıb
"Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar Sulşer "Çelsi” ilə oyunda qazanılan qələbəni (2:0) şərh edib.
Kaspi.az xəbər verir ki, Sulşer hücumda zəif, müdafiədə əla oynadıqlarını vurğulayıb. O, VAR sayəsində "Çelsi”nin iki qolunun ləğv edilməsinin də ədalətli olduğunu deyib:
"Hücumda effektiv olduğumuzu deyə bilmərəm. Amma müdafiədə olduqca yaxşı təsir bağışladıq.
"Çelsi” iki qolunun ləğv edilməsinə görə üzgündür. Amma hakimlər düzgün qərar qəbul etdilər. Yaxşı ki, mən oynadığım vaxtda VAR olmayıb.
Bu qələbə olduqca vacib idi. İndi bizi "Çelsi”dən 3 xal ayırır. Məğlub olsaydıq, 9 xallıq fərqi aradan qaldırmaq çətin olardı”.
banner

Oxşar Xəbərlər