“Yaxşı ki, Moskva mafiyası fəaliyyətini dayandırdı”

“Yaxşı ki, Moskva mafiyası fəaliyyətini dayandırdı”

İdman
14 Oktyabr 2019, 13:23 139
Rusiyanın Xalq artisi, "Zenit”in çılğın azarkeşi Mixail Boyarski Rusiya yığmasının Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib. 
 
Kaspi.az xəbər verir ki, Boyarski hazırkı yığmanı n tarixin ən güclü komandası adlandırıb. O, "Moskva mafiyası” barədə də danışıb: 
 
"Artıq yığmamız 4:0, 5:0 hesabı ilə qalib gəlir. Əhsən, uşaqlar. Uşaqlar hətta hesab 3:0 olanda da dayanmırlar. "Zenit”in futbolçularının yığmada olması xoşdur.  
 
Ölkə futbolunda kim güclüdürsə, layiqdirsə, o da oynayır. Qələbəni məşqçinin və ya hər hansı bir futbolçunun ayağına yazmaq olmaz. Bu yığma tarixin ən güclü komandasıdır. 
 
Şükür allaha ki, "Moskva mafiyası” – Berezutski və başqaları fəaliyyətini dayandırdı. İndiki uşaqlar bacarırlar, istəyirlər, edirlər və edəcəklər də”.