AZE | RUS | ENG |

"Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” Forumu keçiriləcək

Mayın 21-də Bakıda "Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi altında Menecment və İnnovasiya Forumu keçiriləcək.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və ölkəmizin aparıcı şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq tədbir "Boulevard” oteldə keçiriləcək.
Forumun məqsədi ölkədə idarəetmənin və menecmentin inkişafına dəstək olmaq, idarəetməyə dair yenilikləri paylaşmaq, şəbəkələşməni inkişaf etdirmək və idarəetmə mövzusuna aid məsələləri müzakirə etməkdir.
Forumda idarəetmə və innovasiya mövzularına aid 2 panel nəzərdə tutulub və bu panellərdə yerli və xarici ekspertlərin çıxışı planlaşdırılıb.
Tədbirdə müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, idarəetmə məsləhətçiləri, gələcək liderlik vəzifəsinə hazırlanan şəxslər iştirak edə bilərlər.
Forumda özəl şirkətlərlə yanaşı, müvafiq dövlət qurumlarından rəsmilər, ümumilikdə 200-dək şəxs iştirak edəcək.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946