• cümə axşamı, 18 aprel, 15:15
  • Baku Bakı 22°C

Yaxın iki gündə Azərbaycanda hava şəraiti necə olacaq?

16.05.13 11:20 1882
Yaxın iki gündə Azərbaycanda hava şəraiti necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.
Bakı və Abşeron yarımadasında mayın 18-də dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, havanın arabir tutulacağı gözlənilir, arabir yağan yağışın günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 17-22 dərəcə olacaq.
Azərbaycanın bölgələrində şimşək çaxacaq, arabir yağış yağacaq, yağış bəzi yerlərdə leysan xarakterli olacaq, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə olacaq, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə olacaq.
Mayın 18-də Azərbaycanın bölgələrində əsasən gecə və axşam şimşək çaxacaq, yağış leysan xarakterli olacaq. Havanın temperaturu gecə 10-15, gündüz 19-24 dərəcə, dağlarda gecə 9-4, gündüz 11-16 dərəcə olacaq.
banner

Oxşar Xəbərlər