Yaxın günlərdə Almaniya, İsrail və Qətərə nar şirəsinin ixracına başlanılacaq
Almaniyanın Köln şəhərində keçirilmiş "ANUGA" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində Almaniya, İsrail və Qətərə nar şirəsinin ixracına dair müqavilələr imzalanıb. Yaxın günlərdə bu ölkələrə nar şirəsinin ixracına başlanılacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev məlumat verib.