• çərşənbə axşamı, 23 aprel, 18:49
  • Baku Bakı 20°C

Yaxın 2-3 gündə hava necə olacaq? - Proqnoz

11.11.14 11:43 1485
Yaxın 2-3 gündə hava necə olacaq? - Proqnoz
Yaxın 2-3 gün ərzində ölkə ərazisində müşahidə olunan hava şəraitində ciddi dəyişiklik gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, növbəti günlərdə nisbətən mülayim hava şəraiti davam edəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, havanın arabir tutulacağı gözlənilir. Havanın temperaturu ötən günlərdə olduğu kimi 18 dərəcəyədək isti olacaq.
Respublikanın rayonlarında da yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər saatlarında duman olacaq. Lənkəran və Astara zonasında isə az yağış müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında 13-18 dərəcə isti, dağlarda 10-15 dərəcə isti təşkil edəcək.
U.Tağıyeva qeyd edib ki, hazırda ölkə ərazisində müşahidə olunan temperatur rejimi iqlim norması daxilindədir. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-18 dərəcə, Aran rayonlarında 17, dağlıq ərazilərdə isə 11-14 dərəcəyə kimi isti olacaq. Bu da noyabr ayı üçün səciyyəvi temperatur rejimidir.
banner

Oxşar Xəbərlər