• cümə, 29 Mart, 10:10
  • Baku Bakı 5°C

Yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edilib

04.01.18 10:45 563
Yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edilib
Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
APA-nınFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər