• çərşənbə axşamı, 19 mart, 14:01
  • Baku Bakı 8°C

Yataqxanada baş verən yanğında polis komandiri zəhərlənib

22.09.17 15:51 2496
Yataqxanada baş verən yanğında polis komandiri zəhərlənib
Daxili İşlər Nazirliyi Bakıda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindənLent.az-a verilən xəbərə görə, sentyabrın 22-də saat 10:00 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

Bina sakinlərinin təxliyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o, tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T. Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda xəstəxanada müalicəsi davam etdirilir.
10:52

Bakı şəhəri, Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın məlumatına görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 m2 sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər