• cümə, 29 Mart, 01:54
  • Baku Bakı 7°C

Yaşlıları tək qoymayanlar - Reportaj

17.04.20 10:00 1796
Yaşlıları tək qoymayanlar - Reportaj
Karantin günlərində ahıl şəxslərə xidmət göstərilməsi prosesinin iştirakçısı olduq


Bir neçə aydır ki, dünyanı lərzəyə gətirən koronavirus haqqında yazır, onun zərər vurduğu, mənfi təsir etdiyi sahələrdən danışırıq. Amma hər hadisəyə ancaq mənfi istiqamətdən yanaşmaq olmaz, gərək onun müsbət tərəflərini də görəsən. İnsanlar arasında yardımlaşmanın genişlənməsinə bu hadisənin müsbət tərəflərindən biri kimi baxa bilərik.

Pandemiyadan qorunmaqla bağlı alınan bəzi qərarlardan sonra müəyyən kateqoriya insanlar üçün həyat şəraiti daha da çətinləşdi. Virus 65 yaşdan yuxarı şəxslər üçün daha təhlükəli olduğu üçün bu yaş kateqoriyasından olan şəxslərin çölə çıxması qadağan edildi. Onların sosial təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən Dayanıqlı və Operativ Sosial TəminatAgentliyinin(DOST Agentliyi) sosial xidmətçiləri tərəfindən həmin şəxslərə evlərində dəstək və xidmətlər təklif edilir.

Xidmət prosesini yaxından izləmək və ahıl şəxslərlə həmsöhbət olub, bu günləri necə keçirdikləri haqqında məlumat almaq üçün nazirliyin sosial işçisi və könüllüsü ilə birlikdə bir gün keçirmək qərarına gəldik.

Yalandan heç kimi olmadığını deyənlər də var
Qeyd edilən ünvana çatırıq və Mahir bəy bizi qarşılayır. Bazarlıq üçün lazım olan siyahını və bir qədər də pulu Murada verərək alınacaq ərzaqları izah edir. Muradla birlikdə marketə yollanıb Mahir bəy üçün alış-veriş edirik, həm də bir az həmsöhbət oluruq. Murad deyir ki, şənbə və bazar günləri istisna olmaqla, hər gün ahıl şəxslərə xidmət edirlər: "Həftənin 5 günü bir könüllü ilə bir sosial xidmətçi ünvanlara yollanır və lazım olan yardımı edirik. Bir aydan çoxdur ki, 20-dən çox ahıl şəxsə yardım göstərmişəm. Bu müddət ərzində də müxtəlif hadisələrlə qarşılaşmışıq. Məsələn, bir dəfə çağrı mərkəzinə daxil olan müraciətə getmişdik. Həmin şəxs bizə heç kiminin olmadığını desə də, oğlu, gəlini və nəvələrinin evdə olduğunu gördük. Təbii ki, həmin adamlara sosial xidmət göstərilmir. Bu zaman izah etməyə çalışırıq ki, onlar belə etməklə başqa ahıl şəxslərin haqqına girmiş olurlar. Çünki biz könüllülər azıq, bütün müraciətlərə eyni anda xidmət göstərə bilmirik. Belə yanlış informasiya verib bizim xidmətdən istifadə edənlər olanda, həqiqətən ehtiyacı olan şəxslər həmin gün xidmətdən istifadə edə bilmir. Çünki hər gün 1-2 müraciətə getməyimiz mümkündür”.

Muradla həmsöhbət ola-ola, bazarlığımızı da yekunlaşdırıb Mahir bəyin evinə dönürük. O, göstərilən xidmətdən razı olduğunu və karantin rejimi elan ediləndən bəri hər 3 gündən bir sosial xidmətdən yararlandığını, çox razı olduğunu bildirdi.

M.Nemətovdan ayrıldıqdan sonra Muradla da sağollaşırıq. O, xidmət gözləyən növbəti ünvana yollanır.
Günel Azadə

banner

Oxşar Xəbərlər