• cümə axşamı, 25 aprel, 15:36
  • Baku Bakı 23°C

Yaşıllaşdırma marafonu çərçivəsində Masallıda iməcilik keçirilib - Fotolar

19.11.18 09:23 465
Yaşıllaşdırma marafonu çərçivəsində Masallıda iməcilik keçirilib - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən kampaniyaya Masallıda da dəstək verilib. Yaşıllaşdırma marafonu çərçivəsində Masallıda iməcilik keçirilib.

Kampaniyaya ilk dəstək verənlər isə Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri olub. Beş yüz nəfər aksiya iştirakçısı kollecin həyətindən Viləş çayının sahilinə qədər olan ərazidə 1000 ədədə qədər çinar və Çin Xalq Respublikasından gətirilmiş tut ağacı əkiblər.

Ölkənin müxtəlif regionlarından kollecdə təhsil alan tələbələr Masallıda onlardan yadigar qalacaq ağac əkinində fəal iştirak ediblər.

Noyabrın 17-sində Tüklə, Hişkədərə, Türkoba, Bədəlan, Qızılavar məktəbliləri də ağacəkmə aksiyasına qoşulublar.

İməclik zamanı əvvəllər əkilən ağac və bəzək kollarına, yaşıllıqlara da qulluq göstərilib, səliqə-sahman yaradılıb.

Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının baş məsləhətçisi İntiqam Bağırov bildirib ki, əkilən tut ağacları həm də rayonda baramaçılığın inkişafına stimul olacaqdır. Bu məqsədlə, rayona 40 min ədəd tut ağacı gətiriləcək.



banner

Oxşar Xəbərlər