• çərşənbə, 24 Aprel, 08:17
  • Baku Bakı 13°C

“Yaşıl şəhər” ekoloji maarifləndirmə təlimləri başlayır

20.07.16 11:36 2848
“Yaşıl şəhər” ekoloji maarifləndirmə təlimləri başlayır
"Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Yaşıl şəhər” ekoloji maarifləndirmə təlimlərinə başlayır.
İB-dən verilən məlumata görə, layihə ekologiyanı həm elmi, həm də bir fənn kimi inteqrativ şəraitdə öyrənməkdən bəhs edir. Layihə çərçivəsində təbiətə qayğıkeş münasibət, ekoloji təfəkkürün yaranması, əhalidə və gənc nəsildə ekoloji tərbiyə və mədəniyyətin hansı səviyyədə olması araşdırılacaq.
Layihə çərçivəsində iştirakçıların və başqa könüllülərin cəlb edilməsi ilə bu istiqamətdə praktiki işlərin həyata keçirilməsi nəzərdə tutulur. Seçilmiş ərazidə yaşıl sahələrə baş çəkmək, oradakı yaşıllıq sahələrinin qorunması, ərazidə təmizlik işlərinin aparılmasını təmin etmək nəzərdə tutulur.
Layihə KİV-də işıqlandırılacaq, ekoloji problemlər və onların həlli yolları, ətraf mühitin qorunması işində hər bir vətəndaşın rolu haqqında mütamadi yazılar dərc olunacaq, qəzet nüsxələri məktəblərdə şagirdlərə paylanacaq. Bu proses Təbiətşünaslıq, Biologiya və Dil-ədəbiyyat müəllimləri və ekoloq mütəxəssislər ilə əməkdaşlıq əsasında həyata keçırıləcək.
banner

Oxşar Xəbərlər