• cümə axşamı, 28 mart, 20:47
  • Baku Bakı 13°C

Yaşayış minimumu 180 manat məbləğində nəzərdə tutulacaq

08.11.18 14:30 527
Yaşayış minimumu 180 manat məbləğində nəzərdə tutulacaq
Azərbaycanda ilkin hesablamalara görə cari ilin 9 ayı ərzində 175 manat həddi ilə təsdiq olunmuş yaşayış minimumu növbəti ildə 180 manat məbləğində nəzərdə tutulur.
AZƏRTACxəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında deyib.
T.Budaqov bildirib ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək.
Komitə sədri bildirib ki, növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur.
banner

Oxşar Xəbərlər