AZE | RUS | ENG |

Yaşayış məntəqələrimiz erməni atəşi altında: Daha 6 evə ziyan dəyib

Yaşayış məntəqələrimiz erməni atəşi altında: Daha 6 evə ziyan dəyib
Ermənilərin Tərtəri mərmilərdən atəşə tutması nəticəsində daha 6 evə ziyan dəyib.

Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, Yuxarı Qapanlı kəndində 1, Əskipara kəndində 3, Seydimli kəndində 1, Qazyan kəndində 1 evə mərmi düşüb. Mərminin yüksək gərginlikli elektrik xəttini qırması nəticəsində 11 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bildirilib ki, erməni hərbi birləşmələrinin cəbhəyanı yaşayış məntəqələrini atəşə tutması yaz səpin işlərini də ləngidir. Əkin sahələri mütəmadi atəşə tutulduğundan sakinlər səpinə başlaya bilmirlər. İndiyədək onlarla hektar əkin sahəsinə saysız mərmi düşüb.

Məlumata görə, ermənilər ötən gecə Tərtərin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutublar. Mərmilərdən biri rayonun Yuxarı Qapanlı kənd sakininin həyətinə düşüb. Azad Süleymanovun həyətinə düşən mərmi onun 3 baş heyvanının yaralanmasına səbəb olub.

Tərtər rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu kimi faktlarla bağlı araşdırma aparılır, mərmilərin düşdüyü yerlər müəyyənləşdirilir.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883