• şənbə, 20 Aprel, 16:54
  • Baku Bakı 23°C

“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən ölkəmizə həkim heyəti gətirilib

23.02.21 17:37 798
“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən ölkəmizə həkim heyəti gətirilib

"YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.
Heyətin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.
Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirəcəklər. Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək.
banner

Oxşar Xəbərlər