• cümə axşamı, 18 aprel, 19:01
  • Baku Bakı 21°C

“YAŞAT” Fondu rəhbərliyinin müharibə veteranlarından və şəhid ailələrindən təşkili böyük əhəmiyyətə malikdir

09.01.21 20:00 355
“YAŞAT” Fondu rəhbərliyinin müharibə veteranlarından və şəhid ailələrindən təşkili böyük əhəmiyyətə malikdir
Məlum olduğu kimi, "YAŞAT” Fondunun rəhbərliyi və Himayəçilik Şurasının üzvlərinin bəziləri müharibə veteranlarından və şəhid ailələrinin nümayəndələrindən təşkil olunub. Fondun Himayəçilik Şurasının tərkibinin müharibə veteranları və şəhid ailələrinin nümayəndələrindən təşkili hər şeydən əvvəl dövlətimizin başçısının bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, bu, bir daha Prezident İlham Əliyevin müharibə veteranlarına, şəhid ailələrinə münasibətdə xüsusi həssaslıq, onlara yüksək diqqət və qayğı göstərdiyinin əyani təsdiqidir. Eyni zamanda, bu Fond vətəndaşlarımızın problemlərinə daha duyarlı münasibəti təmin edəcək. Çünki Fondda çalışan insanlar da məhz bu kateqoriyadan olan şəxslərdir. Onlar araşdırılması vacib müraciətlərin, problemlərin mahiyyəti ilə yaxından tanış olan insanlardır. Bu baxımdan, "YAŞAT” Fondunda məhz müharibə veteranı və şəhid ailələrinin təmsilçilərinin yer alması böyük əhəmiyyətə malikdir.
"Əminəm ki, dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılan və müqəddəs məqsədə xidmət edən "YAŞAT” Fondu bütün şəhid ailələrinin, müharibə veteranlarının ümid və gözləntiləri doğruldacaq, onların probleminin həllinə böyük töhfə verəcək”, - deyə C.Xəlilov vurğulayıb.
banner

Oxşar Xəbərlər