• cümə, 29 Mart, 00:36
  • Baku Bakı 7°C

“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" platforması arasında niyyət protokolu imzalanıb

16.04.21 12:03 475
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" platforması arasında niyyət protokolu imzalanıb
"YAŞAT” Fondu, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platforması və "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması mərasimi keçirilib.
FonddanAPA-ya verilən məlumata görə,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilən tədbirdə sənədi "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platformasının həmtəsisçiləri, millət vəkili Ramil Həsən və "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin sədri Hüseyin Büyükfırat imzalayıblar.
Niyyət protokoluna əsasən əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Platforma vasitəsi ilə bir sıra istiqamətlərdə "YAŞAT” Fondunun fəaliyyətinə dəstək göstəriləcək:

- "YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş 10 qazinin Türkiyə Respublikasındakı tibbi xərcləri tam olaraq qarşılanacaq;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin təminatına dəstək olaraq Türkiyə Respublikasından ediləcək humanitar yardımlar "YAŞAT” Fondu ilə birgə həyata keçiriləcək;
- "YAŞAT” Fondu tərəfindən hazırlanan siyahı üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhidlərin övladlarının Türkiyədə ödənişsiz və ya güzəştli şərtlərlə təhsil almasına dəstək göstəriləcək;
- Təşkil olunacaq müxtəlif sosial-mədəni tədbir və layihələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin iştirakı təmin ediləcək.

banner

Oxşar Xəbərlər