• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

“Yaşasın Ukrayna” deyən futbolçu Rusiyaya gedir?

17.06.20 12:22 743
“Yaşasın Ukrayna” deyən futbolçu Rusiyaya gedir?
Xorvatiya yığmasının üzvü Domaqoy Vida mövsümün sonunda "Beşiktaş”dan ayrılacaq.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilir ki, Vida karyerasını Rusiyada davam etdirəcək.
Maraqlıdır ki, Vida Rusiyada keçirilən DŞ-də qalmaqala səbəb olmuşdu. O, 1/4 finalda Rusiya ilə oyunda qazanılan qələbədən sonra kameralara "Yaşasın Ukrayna” qışqırmışdı.
Xorvatiyalı futbolçuya Rusiyanın hansı klubunun maraq göstərdiyi barədə məlumat verilmir. Vida cari mövsümdə Türkiyə çempionatında 26 oyunda meydana çıxıb və 4 qol vurub.
banner

Oxşar Xəbərlər