• cümə, 19 Aprel, 14:58
  • Baku Bakı 25°C

Yaşar Cəlilov qonşusuna eşq elan edib - Fotolar

01.04.14 14:01 3350
Yaşar Cəlilov qonşusuna eşq elan edib - Fotolar
Populyar müğənni Yaşar Cəlilov "Ay qonşu" adlı mahnısına klip çəkdirib. Kaspi.az-ın məlumatına görə, kompozisiyanın sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. "Ay qonşu"nun ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Elmir Süleymanovdur.
Hazırda montaj prosesində olan ekran işi yaxın günlərdə təqdim olunacaq. Y.Cəlilovun sözlərinə görə, klipin süjet xətti onun qonşusuna olan sevgisindən bəhs edir: “Bu, mənim 13-cü klipimdir. Sevilən və professional aktyorlarla kamera arxasına keçmək mənə böyük zövq verdi. Əminəm ki, mahnı kimi klipi də tamaşaçılar, xüsusən də qonşuları ilə yaxşı münasibətdə olanlar bəyənəcək. Bu işimizin də uğurlu alınacağına əminəm”.
Ekan işində əsas rolları müğənni ilə yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb.
Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev, işıqşısı Novruz Novruzov, montaj işi Elnar Həşimov, rəssamı Elnarə Səfərova, qrim ustası Tahirə Əliyeva, kastinq Mehman Məmmədov, təşkilatı işləri isə Sarvan Zamanova məxsusdur.
Klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb. Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər