• çərşənbə, 24 Aprel, 13:19
  • Baku Bakı 27°C

“Yaşamaq üçün enerji sərf etmək məcburiyyətindəyik”- Gənclərə məsləhət

11.04.20 11:15 1430
“Yaşamaq üçün enerji sərf etmək məcburiyyətindəyik”- Gənclərə məsləhət

Səhərlər şirinçay içən, naharda yarım kilo kartof yeyən, üstündən qəndlə çay içib, axşam da dolmanın yanına paxlavanı qoyan bizlər...
Martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycan ərazisində xüsusi rejimin tətbiqinə başlanılıb. İnsanların evdə qalaraq sağlam həyat tərzi keçirmələri nisbətən çətinləşib. Fitnes məşqçiləri evdə idman etməyin mümkün olduğunu desələr də, mütəxəssislər hər hərəkəti evdə etməyi məsləhət görmürlər. Məşqçi Ben Lonqlinin də dediyi kimi, məşqlər, müxtəlif hərəkətləri təkrar edib, tər tökməkdən ibarət deyil. Pilates məşqçisi Gülnar Vəliyeva ilə "Gənclərə məsləhət” rubrikamızda evdə edə biləcəyimiz pilates hərəkətlərindən danışdıq.

Məşqçi deyir ki, əslində, düşündüyümüz kimi, bütün günü evdə oturaraq kökəlmirik: "Biz, karantin dönəmində evdə olarkən hərəkətsizlikdən, orqanizmə girən kalorinin çıxan kalorini üstələməsindən kökələrik. Bizi kökəldən isə karbohidratlar, onların ən qorxulu növü olan şəkərdir. Düzdür kobud şəkildə şəkər dediyimiz maddə, qənddən, şirniyyatdan, baldan, düyüdən, çörəkdən və ya kartofdan alınmasından asılı olmayaraq, bədənimizin enerji mənbəyidir. Yəni biz hərəkət etmək, düşünmək, nəfəs almaq bir sözlə yaşamaq üçün enerji sərf etmək məcburiyyətindəyik və bu enerji şəkərdən alınır. Gün ərzində qəbul etdiyimiz qidalardan qanımıza şəkər daxil olur, biz də bu şəkəri, bir növ, yanacaq kimi istifadə edir və həyatımızı yaşamağa davam edirik. Bədənimizə daxil olan və enerjiyə çevirə bilmədiyimiz artıq qalan şəkəri bədənimiz hara göndərir? İstifadə etmədiyimiz yanacağı bədənimiz harada depolayır? Təbii ki, enerji itmir, sadəcə, formasını dəyişir, yəni bədənimiz yandıra bilmədiyi şəkəri depolamağa, kobud desək, "dar gündə lazım olar” məntiqi ilə yığıb saxlamağa başlayır. Beləliklə, bədənimizdə artıq çəki və piylənmə, qanda şəkər artıqlığı, maddələr mübadiləsinin pozulması və s. kimi xoşagəlməz hallar baş verməyə başlayır”.

Həmsöhbətimizin sözlərinə görə, bunun günahı bütün günü oturaq həyat tərzi keçirən və buna baxmayaraq hələ də səhərlər şirinçay içən, naharda yarım kilo kartof yeyən, üstündən qəndlə çay içib, axşam da dolmanın yanında paxlavanı hazır saxlayan bizlərdədir. Bizlər, nəsillər ötdükcə dəyişən vərdişlərimizə o qədər tez adaptasiya oluruq ki, bu vərdişlərin gətirdiyi problemlərə əhəmiyyət verməməyə başlayırıq. Biz bilməliyik ki, qəbul etdiyimiz hər qram şəkər, nişasta və ya başqa bir karbohidrat, əgər yanacaq kimi istifadə olunmazsa, depolanmağa başlayacaq və bədənimizin hər gün bir az daha qocalmasına, ağırlaşmasına səbəb olacaq. Bu səbəbdən də daim fiziki aktivliyə fikir verməli, həftədə 2 dəfə də olsa, ən yüngül hərəkətlərlə 30 dəqiqə idmana vaxt ayırmalı, gün ərzində soyuq su içməyə üstünlük verməli, yandırdığımız enerji miqdarından daha çox kalori qəbul etməməli və bütün bunları sistemli şəkildə necə edəcəyimizi məşqçimizdən soruşmağa çəkinməməliyik”.

Sizə evdən çıxmadan ediləcək bir neçə hərəkəti təqdim edirik:

Aygün Əziz

banner

Oxşar Xəbərlər