• cümə, 26 Aprel, 14:27
  • Baku Bakı 23°C

Yasamalda “Pilot layihə” çərçivəsində yenidən tikilmiş bina istifadəyə verilib

15.06.18 20:48 1967
Yasamalda “Pilot layihə” çərçivəsində yenidən tikilmiş bina istifadəyə verilib
Yasamal rayonu Akim Abbasov küçəsində "Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilmiş 3 nömrəli bina sakinlərin istifadəsinə verilib.
İyunun 15-də Bakı şəhəri üzrə üçüncü, Yasamal rayonu üzrə isə ikinci "Pilot layihə”li binanın açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibətilə sakinləri təbrik edib. O, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu vurğulayıb. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır.
Bildirilib ki, sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi 12 min 900 kvadratmetrdir. Optik sistemdə kabelləşən binadakı 1, 2 və 3 otaqlı mənzillər hər biri tam təmirlidir. Binada Koreya Respublikasından sifarişlə gətirilmiş sərnişin və yükdaşıma liftləri quraşdırılıb, hər bir mənzil qaz, su və işıq sayğacları ilə təmin olunub. Burada yeraltı avtodayanacağın və uşaq meydançasının salınması da nəzərdə tutulub. Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən "Pilot layihə” dövlətin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sonra yeni binanın sakinlərinə mənzillərin açarları təqdim olunub.
Sakinlər həyat tərzinin yaxşılaşdırılmasına, mənzil şəraitinin yüksək səviyyədə təminatına görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər