
Yasamal rayonunda dördmərtəbəli ev yanıb
Kriminal
11 Avqust 2019, 20:46
4698
Bakıda yanğın hadisəsi qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 1000 m² olan dördmərtəbəli evin 2-ci mərtəbəsində hamamın tavanı 8 m² sahədə və şaxtadan keçən elektrik kabelləri 40 p.m yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Digər xəbərlər