• çərşənbə, 08 May, 18:48
  • Baku Bakı 18°C

Yaşamağın 12 qaydası

12.03.18 16:45 1771
Yaşamağın 12 qaydası
İlin ən çox gözlənilən kitabı "Həyat üçün 12 qayda: Xaos əleyhinə çarə” ("12 rules for life: An antidote to chaos”) fevralın 13-dən rəflərdə yerini alıb. "Guardian”-ın ədəbi redaktorlarından Con Qreys söz verdiyi kimi kitabı dərhal alıb, oxuyub və fikirlərini oxucularla bölüşüb. Kitabın ana fikrini: "Hamınız öləcəksiniz, həm də əzab çəkərək” cümləsi ilə qısaca çatdıran Qreys, Cordan Pitersonun bu çox gözlənilən məsləhət toplusunda əzabsız yaşamağın qaydalarından bəhs etdiyini yazır. Olduqca böyük maraq görən məqalənin orijinal versiyası ilə "guardian”-da tanış ola bilərsiniz. Biz isə Qreysin qısa şərhlərlə sıraladığı 12 qaydanı təqdim edirik.
1. Öz gücünüzə yaşamağı öyrənin, nə olursa olsun, çiyninizi dik tutun – Hamı mənim qədər şanslı və varlı olmaya bilər, amma olduğunuz yerdən daha yaxşı mövqeyə gələ bilərsiniz.
2. Özünüzlə sizin qayğınıza ehtiyacı olan biri kimi rəftar edin – Kömək etmək yaxşı xüsusiyyətdir, amma insan hər şeyə özündən başlamalıdır.
3. Sənin üçün həmişə yaxşı yollar işarə edənlərlə möhkəm dost olun – Niyyəti xoş olanlar həyatın qalibləridir, onlardan bərk yapışın.
4. Hər gün özünü dünənki özünlə müqayisə et – Özünlə üzləş, inkişafın ilk şərti budur.
5. Övladlarına sevmədiyin şeyləri vərdişə çevirmək imkanı vermə – Unutma, uşaqlar təmiz dəri ilə doğulur və hər insanda şeytana çevrilmək potensialı var.
6. Tənqid edərkən xəyal etdiyin dünyanı evində inşa et – Keyn və Abelin əhvalatını xatırla, oxumamısansa, oxu.
7. Uyğun olanı yox, bir məna kəsb edəni axtar – Həyat əzabdır, bunun asan yolu yoxdur. Odur ki, dünyanın tempinə köklənməkdənsə, Nitşe oxu.
8. Həqiqəti danış. Əgər bu çox çətindirsə, heç olmasa, yalan danışma – Bunu bacaran inkişafını tamamlamış beyindir.
9. Dinləməyə zaman ayırdığın insanın bilmədiyin şeylərdən danışdığına əmin ol – Əks halda, denən ki, ağzını yum, bunları mən özüm də bilirəm.
10. Çıxışında səslənən fikirlər qəti, birmənalı olsun – Ziddiyyət, qeyri-əminlik xaosun başlanğıcıdır.
11. Əgər uşaqlara çöldə xizək sürməyə icazə vermisənsə, dəqiqəbaşı narahat eləmə – Valideynlə övladın dünyasının ayrılması buradan başlayır.
12. Ev heyvanı saxlayacaqsansa, küçədə təsadüfən qarşına çıxan, hətta bəlkə də köməyə ehtiyacı olan pişiyi seç – Hamımız öləcəyik, ruhunu sakitləşdirən işlər gör.
banner

Oxşar Xəbərlər