• cümə, 26 Aprel, 01:03
  • Baku Bakı 16°C

Yarım saatlıq hekayələr

13.04.15 13:17 1330
Yarım saatlıq hekayələr
Amelia Qrey, Lindsey Hanter və milyonlarla nüsxə satılaraq, müəlliflərinə uğur gətirən bir çox kitabın müəllifləri son illər oxucular tərəfindən olduqca maraqla qarşılanan “daha qısa yazı nümunəsi” yazmağa üstünlük verir. Hekayə janrında partlayış yaradan bu forma üçün yeganə şərt bədii nümunənin 1000 sözdən çox olmamasıdır. Ötən il sosial şəbəkələr vasitəsilə özlərinə geniş oxucu kütləsi toplamış “tvit-hekayə”lər də bu il 30 dəqiqəyə oxuya biləcəyimiz bu yeni bədii nümunələrə uduzur. “HuffingtonPost” cəmi yarım saata bədii zövqümüzü qidalandıra biləcəyimiz bu nümunələrin ən yaxşılarını öz oxucuları üçün seçib. Bu tip hekayələrin uğurlu müəlliflərindən biri kimi tanınan L.Hanter “The Believer” jurnalına verdiyi müsahibədə deyib: “Sadəcə, bildiyim şeyləri başqa yolla yazmağı planlaşdırdım. Əslində roman yazanlar yaxşı bilir ki, hər gün düzəlişə ehtiyacı olmayan 1000 söz yazmaq yaxşı göstəricidir. Mən də bu gündəlik hədəfi hekayələr olaraq düşündüm. Hər bölmə yeni bir hekayə oldu”.
Yarım saata oxuya biləcəyiniz hekayələrin ən uğurlu nümunələrinin siyahısını təqdim edirik.
1. Lindsey Hanter – “Out there” (“Buradan kənarda”)
2. Paul Ford – “Robot exclusion protocol” (“Robot təcrid protokolu”)
3. Simon Silvester – “Charlie loved the Circus” (“Çarli sirki sevdi”)
4. Deborah Levay – “Untitled” (“Adsız”)
5. Amelia Qrey – “These are the fables” (“Təmsillər”)
6. Nensi Stohlman – “I’m being stalked by the Avon lady” (“Avon xanımına vuruldum”)
7. Stiv Almond – “Lady Gaga considers the shrimp scampi” (“Ledi Qaqa ilbiz hesab olunur”)
8. Kori Doktorou – “Huxleyed into the full Orwell” (“Orueldəki Huksliləşmə”)
9. Lili Yu – “The lamp at the turning” (“Küncdəki lampa”)
10. Tires Koleman – “How to sit” (“Necə oturmalı?”)
11. Kartni Sender – “The solidarity of fat girls” (“Kök qızların müstəqilliyi”)
12. Mişel AuBaçon – “Maybe we should get tattoos and other possibilities for happiness” (“Xoşbəxtlik üçün lazım olan hər şeyi etməliyik bəlkə də”)
banner

Oxşar Xəbərlər