• cümə axşamı, 25 aprel, 01:58
  • Baku Bakı 19°C

"Yaralıların həyatı üçün təhlükə yoxdur"

14.07.19 22:21 14229
"Yaralıların həyatı üçün təhlükə yoxdur"
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsi zamanı xəsarət alanların hamısına ilkin tibbi yardım göstərilib.
Bu barədə "Report"a Şəki şəhər icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədriHəsən Həsənovbildirib.
O, qeyd edib ki, yaralılardan4-ü helikopterlə Bakıya göndərilib. Hadisə zamanı ümumilikdə19 nəfərmüxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Onlardan13-ü ambulator müalicə alıb və evə buraxılıb. Yaralılardan 4-ü Bakıya göndərilib. Daha2nəfərin müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir", - deyə o bildirib.
İcra başçısının müavini əlavə edibki, yaralıların həyatı üçün təhlükə yoxdur. "Ərazidə elə bir dağıntı olmayıb. Hazırda istintaq gedir. Bu səbəbdən təmizlik işləri aparılmayıb. Ərazi yəqin ki, sabah səhərtəmizlənəcək".
Qeyd edək ki,hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.
banner

Oxşar Xəbərlər