• şənbə, 20 Aprel, 05:50
  • Baku Bakı 15°C

Yaralanandan beş ay sonra şəhid olan hərbçi dəfn olunub

09.03.21 12:10 427
Yaralanandan beş ay sonra şəhid olan hərbçi dəfn olunub
Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdəağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu,1991-ci il təvəllüdlü Cəfərov BabəkMaxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdəağır yaralanan B.Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B.Cəfərov ötən gün vəfat edib.
Xatırladaq ki, B.Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər